Qaradağ rayonu, Sahil qəsəbəsində fəaliyyət göstərən BOS Şelf MMC-də rayon ictimayəti nümayəndələrinin,şəhid ailəsi üzvlərinin, millət vəkillərinin, qazilərin və müharibə veteranlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyulub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə şirkətin baş direktor vəzifəsini icra edən, Əməkdar mühəndis Nazim Hüseynov, şəhid atası Namiq Kəlbiyev, millət vəkilləri və digər natiqlər çıxış edərək ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi Zəfər Gününün tarixi əhəmiyyətindən danışıblar.
Tədbirdən sonra şəhid ailələri ziyarət olunub. Deputat şəhid ailələrinin problem və qayğılarını dinləyib.
Anar