Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

YAP-ın yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib


Noyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə YAP-ın təsis olunmasının 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Newscenter.az hakim partiyaya istinadən xəbər verir ki, Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, partiyanın İdarə Heyətinin, Veteranlar Şurasının, Təftiş Komissiyasının və Gənclər Birliyinin üzvləri, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar, YAP Mərkəzi Aparatının əməkdaşları, partiyanın Bakı, Abşeron və Sumqayıt rayon və şəhər təşkilatlarının, həmçinin ETSN-nin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Pirəkəşkül kəndi ərazisində 4 hektar sahədə 2 mindən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Bu nəcib təşəbbüs ölkəmizdə həyata keçirilən yaşıllaşdırma siyasətinə daha bir mühüm töhfədir.

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.

Xəbəri paylaş