Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən məsul şəxsləri üçün seminar təşkil olunub

Təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən məsul şəxsləri üçün seminar təşkil olunub


Dövlət Miqrasiya Xidmətinin Təlim mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda təşkil olunan seminarda Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələri ilə bilavasitə işləyən əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin məsul şəxsləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən və layihə barədə qısa məlumat verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov əcnəbi tələbələrlə işləyən təhsil müəssisələrinin əməkdaşlarının müraciətlərinin nəzərə alındığı və bu səbəbdən onlar üçün miqrasiya qanunvericiliyi ilə əlaqədar maarifləndirici seminarın keçirilməsinin zəruriliyi barədə danışıb.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Anar Əkbərov və Sunay Quliyev Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil üzrə İşçi qrupunun rəhbəri Vidadi Fətullayev, təhsil müəssisələrini təmsil edən Sərxan Məmmədov (Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci), Halimat İsayeva (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası), Mənsumə Əliyeva (Azərbaycan Dövlət Pedaqoji Kollec), Müşviq Mehbalıyev (Bakı Mühəndislik Universiteti), Hüseyn Əliyev (Xəzər Universiteti) və Cavanşir Həsənov (Azərbaycan Texniki Universitet) əcnəbi tələbələrin aidiyyəti üzrə qeydiyyatının aparılması, bu şəxslərin ailə üzvləri ilə əlaqədar miqrasiya qaydalarının nəzərə alınması, təhsil vizalarının əldə olunması və müvəqqəti yaşamaq icazələrinin müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyəti tanınan əcnəbi tələbələrin sonrakı öhdəlikləri, iş icazələri ilə əlaqədar mövcud prosedurlar və digər aktual məsələlərə toxunublar və praktiki müstəvidə üzləşdikləri hallar barədə danışıblar.

İştirakçılar tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş