Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 16 noyabr saat 08:00-dan etibarən qeyd olunan hissədə 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə ( digər 2 hərəkət zolağı açıqdır ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
Anar Əliyev