Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşəgötürənlərlə dövlət sektoru ilə özəl sektor əməkdaşlığı müzakirə edilib

İşəgötürənlərlə dövlət sektoru ilə özəl sektor əməkdaşlığı müzakirə edilib


“Dövlət Məşğulluq Agentliyi olaraq funksional istiqamətlərimiz üzrə həm işsiz və işaxtaran şəxslərə, həm də işəgötürənlərə dəstək olmağa çalışır, aktiv məşğulluq tədbirlərinin icrasında özəl sektor ilə əməkdaşlığa üstünlük veririk”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Marsol” MMC-nin partnyor şirkətlərinin rəhbərləri ilə görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.

M.Abbasbəyli bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Görüşdə, həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Sonda Marsol MMC-nin partnyor şirkətləri ilə Dövlət Məşğulluq Agentliyi arasında gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə layihələrin icrası ilə bağlı razılıq əldə edilib.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş