Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AzInTelecom”un Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib

“AzInTelecom”un Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin məhsul və xidmətləri ilə bağlı dəstək xidməti göstərən Müştəri Xidmətləri Mərkəzi 6 günlük iş rejiminə keçib. Bu addım vətəndaş məmnunluğunun artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə davam etdirilən təkmilləşdirmə işləri çərçivəsində atılıb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətləri artıq həftənin şənbə günü də daxil olmaqla saat 09:00-dan 18:00-dək vətəndaşların qəbulunu həyata keçirir. Daha öncə Mərkəz bayram günləri daxil olmaqla, həftə içi 5 gün saat 09:00-18:00 arası fasiləsiz iş rejimində fəaliyyət göstərirdi.

Vətəndaşlar “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmət və məhsullarla bağlı dəstək xidmətinin göstərilməsi üçün Müştəri Xidmətləri Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, İnformasiya Təhlükəsizliyi Xidmətləri və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.

Bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzinin xidmət operatorlarının sayı artırılıb və texniki imkanları gücləndirilib. Həmçinin “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzi 7 günlük iş rejiminə keçib.

Məhəmməd
Xəbəri paylaş