Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Bərdədə vətəndaşları qəbul edib

Energetika naziri Bərdədə vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov noyabrın 18-də Bərdədə vətəndaşları qəbul edib. Görüş Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan xəbərə görə, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, texniki şərtin verilməsi, elektrik enerjisindən istifadəyə görə yaranmış borc və cərimələr, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, sayğacların quraşdırılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Bərdə və Tərtər rayonlarından olan 15 vətəndaş iştirak edib.

Sevinc
Xəbəri paylaş