Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib

Gəncədə şəhid ailələrinə və müharibə əlillərinə 30 mənzil təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə yaşayış kompleksindəki tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

Vurğulanıb ki, 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və bunun da 1100-ə yaxını təqdim edilib.

Həmçinin qeyd edilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş