Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK sədrinin müavini vətəndaşları qəbul edəcək

DGK sədrinin müavini vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov noyabrın 25-də saat 11:00-da Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a Komitədən bildirilib ki, qəbul zamanı Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Sevinc
Xəbəri paylaş