Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Direktor müavinləri üçün təşkil olunmuş təlimlər başa çatıb

Direktor müavinləri üçün təşkil olunmuş təlimlər başa çatıb


Ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təşkil olunmuş təlimlər başa çatıb.

Newscenter.az xəbər verir ki, təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.

Təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov təqdimatlarla çıxış ediblər.

Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

R.Mehdiyeva
Xəbəri paylaş