Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu rayonların qaz təchizatında fasilə olacaq

Bu rayonların qaz təchizatında fasilə olacaq


"Qaz İxrac" İdarəsinə məxsus "Yaşma-Siyəzən" Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, 23.11.2022-ci il tarixdə saat 10:00-dan 17:00-dək "Yaşma-Siyəzən" MQK-dən qidalanan "Giləzi" QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan xəbərə görə, təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcədə Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sevinc
Xəbəri paylaş