Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu istiqamətdə agentlik tərəfindən avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafının təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir.
Belə ki, avtomobil yollarının təhkim zolağında 2022-ci ilin yanvar-noyabr aylarında 68 637 müxtəlif növ ağac və kol bitkisi əkilib.
2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərin sayı isə ümumilikdə 258 157-dir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 399 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18.8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 274 924 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 121 346 ağac və kol bitkisi yetişdirilir.
Sevinc