Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təhsilin inkişafına da müsbət təsir göstərəcək -ÖZƏL

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı təhsilin inkişafına da müsbət təsir göstərəcək


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası həmin ərazilərdə elm və təhsilin inkişafına da öz müsbət təsirini göstərəcək.

Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu məqsədlə işğaldan azad edilmiş hər bir şəhər və rayonda yeni təhsil müəssisələri, məktəblərin tikintisi, yaxud bərpası nəzərdə tutulub:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası müddətində Zəngilanda 21, Cəbrayılda 25, Qubadlıda 16, Füzulidə 23, Ağdamda 29, Xocavənddə 20, Tərtərdə 5, Şuşada 7, Laçında isə 21 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. İşğaldan azad edilən ərazilər sırasında ən çox təhsil müəssisəsi Kəlbəcərin payına düşür. Orada 30 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası həyata keçiriləcək”.

İctimai Birlik sədri qeyd edib ki, sözügedən Dövlət Proqramında Cənab Prezidentin təhsil sahəsinə xüsusi diqqət ayırması onu deməyə əsas verir ki, bu sahə Azərbaycan dövləti və onun rəhbəri üçün hər zaman prioritet təşkil edir.

Sevinc

Xəbəri paylaş