Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanla ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

Macarıstanla ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub


Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Newscenter.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sevinc
Xəbəri paylaş