Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycan torpağında Vardanyana, Balasanyana və İran separatçılarına yer yoxdur

Sədaqət Vəliyeva: Azərbaycan torpağında Vardanyana, Balasanyana və İran separatçılarına yer yoxdur


“Sülhməramlılar”-ın hərəkətləri beynəlxalq hüquqa və ümumilikdə bütün hüquq prinsiplərinə təmamilə ziddir. Nə üçün yüzlərlə mina basdıranları kor olub görmək istəməyən “sülhməramlılar” ekoloqlarımızı öz doğma torpaqlarımıza buraxmırlar?! Niyə görə dırnaqarası sülhməramlılar jurnalistlərimizin üzərinə silahla gəlir?! Bu nə deməkdir axı? Nə üçün İrandan gələnlər üçün yol açıq olur amma bizim silahsız repartyorlarımızın qarşısı silahla kəsilir? Hər kəs bilməlidir ki, Azərbaycan torpağında Vardanyana, Balasanyana və İran separatçılarına yer yoxdur.
Biz silahlıların üzərinə əliyalın çıxmışıq. İstəyimiz isə odur ki, imkan verəsiniz Azərbaycan və Ermənistan dövlətləri mövcud məsələləri öz aralarında danışaraq həll etsin. Ədaləti və BMT Qətnamələrini təkbaşına bərpa edən Azərbaycan dövlətinin heç kəsə və heç bir köməyə ehtiyacı yoxdur. Bütün dünya bilsin ki, Azərbaycan sülh və birgəyaşayış istəyir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, keçirilən aksiyanın əsas məqsədlərindən biri də Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə sülh və əmin-amanlıq şəraitində birgə yaşayışın və inkişaf yolunun göstərilməsidir. Kimlərinsə ağlı və göstərişi ilə hərəkət etmək və ümumilikdə sülhə uzanan əli geri çevirmək Ermənistanı məhvə aparır:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman sülhə, inkişafa və tərəqqiyə hesablanmış təşəbbüslərlə çıxış etmişdir. Bu gün Azərbaycan dünyanın ən humanist dövlətlərindən biridir. Bütün bunlar ölkə başçımız cənab İlham Əliyevin ədalətli və humanist siyasətinin nəticəsində mümkün olmuşdur.
Cənab Prezidentimizin sözü imzası qədər güclüdür və Azərbaycanın simasının ifadəsidir.”

Anar
Xəbəri paylaş