Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində nə qədər şagird təhsil alır?

Paytaxt məktəblərində nə qədər şagird təhsil alır?


Hazırda BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Newscentar.az İdarəyə istinadən xəbər verir ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

R.Mehdiyeva
Xəbəri paylaş