Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə “Qarabağ dünən, bu gün və sabah” adlı beynəlxalq konfrans keçiriləcək

Türkiyədə “Qarabağ dünən, bu gün və sabah”  adlı beynəlxalq konfrans keçiriləcək


Beynəlxalq Qarabağ Forumunun (BQF) təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü il may ayının 25-i Türkiyənin İğdır şəhərində “Qarabağ dünən, bu gün və sabah” mövzusunda növbəti XXII elmi-praktiki beynəlxalq konfrans keçiriləcək.

Newscenter.az-a BQF-dən bildirilib ki, konfransda Qarabağ və qonşu regionların tarixi, mədəniyyəti, Vətən müharibəsində qazanılan qələbənin siyasi, iqtisadi, hüquqi, hərbi, aspektləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, yeni şəraitdə ortaya çıxan problemlər və s. məsələlər müzakirə olunacaq.

Məqalə və tezislər 2023-cü il aprel ayının 24-dək təqdim edilməlidir.

Mətnlər Ms Word proqramında A4 formatda, kənardan məsafələr - soldan 3 sm., sağdan 1.5 sm., yuxarı və aşağı 2 sm., Calibri şriftilə, hərflərin ölçüsü 12 punkt, sətirarası interval - 1,15 olmaqla hazırlanmalıdır.

Mətnlərin MS Word və PDF formatda [email protected], [email protected], [email protected] elektron poçt ünvanlarına göndərilməsi xahiş olunur.

Məruzələrin nəşri və İnternet resurslarında yerləşdirilməsi nəzərdə tutulur.

Anar
Xəbəri paylaş