Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçına dünyanın hər yerindən turist axınını cəlb etməyi və tanıtmağı qarşımıza məqsəd qoymuşuq

Laçına dünyanın hər yerindən turist axınını cəlb etməyi və tanıtmağı qarşımıza məqsəd qoymuşuq


“CamperPark Həkəri” ekolayihəmizə görə müvafiq olaraq aidiyyatı üzrə bir neçə Nazirliyə Avropa şirkəti və bir Laçınlı iş adamı olaraq müraciətlər ünvanlamışam. Onlar arasında Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi və digərləri var. Müraciətlərimizin qəbul edilərək qeydiyyata alınması artıq xoş xəbərlərin ilkin müjdəsidir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Sevara Groupun rəhbəri, əslən Laçından olan iş adamı Rəşad Quliyev səsləndirib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma və bərpa işləri birbaşa olaraq ölkə başçısının daima diqqətində və nəzarətindədir:

"Hökümətimizin və xüsusi ilə də cənab Prezidentimizin ekolayihəmizə müsbət rəy verəcəyini isə çox böyük səbirsizliklə gözləyirik. Ümid edirəm ki, tezliklə doğma Laçınımızı ziyarət edib, mərhələli şəkildə Avropa modelini tətbiq etməklə işlərimizə başlayacayıq. Çünki relyefi, flora və faunasına görə hətta deyərdim ki, İsveçrəyə bənzəyən Laçınımıza dünyanın hər yerindən turist axınını cəlb etməyi və tanıtmağı qarşımıza məqsəd qoymuşuq".

Anar
Xəbəri paylaş