Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuz sakini özünü qatarın altına ataraq intihar edib

Tovuz sakini özünü qatarın altına ataraq intihar edib


Tovuz sakini özünü qatarın altına ataraq intihar edib.

Bu barədə Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“3 yanvar 2023-cü il tarixində saat 20:00-da Azərbaycan Dəmir Yollarına məxsus yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.

Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan T.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

Hadisə aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - QSJ-dən əlavə edilib.

Mehman
Xəbəri paylaş