Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gerçəklikləri bir daha tarixiləşdi

Azərbaycan gerçəklikləri bir daha tarixiləşdi


Beynəlxalq təşkilatların fəaliyyəti beynəlxalq münasibətlər sistemində həmişə diqqəti çəkib. Belə münasibətlər çoxtərəfli münasibıtlər olduğundan təşkilatın fəaliyyəti daha da həssaslaşır. Nüfuzlu beynəlxalq platformalardan olan Qlobal Bakı Forumunun da fəaliyyəti dünyəviliyə əsas­lanır. Bu forumun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfnarslara uyğundur. Bu uyğunluq həm mahiyyət, həm də məzmun uyğunluğu ilə şərtlənir. 2023-cü il martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlhma Əliyevin 60 ölkə­dən 350 nəfərin iştirak etdiyi “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Foru­mun­da çıxışı dünyəvi proses­lərə Azərbaycanın münasibəti kimi dinlənildi.

Tarix həm də ədəbiyyat tarixində yaşayır. XII əsr Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi əsridir. Mütəfəkkir şairin əsərlərinin aşıladığı ideyalar sistemini, onların poetik səviyyəsini, dünya ədə­biy­yatına təsirlərini nəzərə alsaq, deyə bilərik ki, bu yaradıcılığa görə XII əsr həm də dünyada Nizami Gən­cə­vi əsri olub. Belə bir dəyərli yaradıcılıq əbədiyyətin cığırdaşıdır. Forumda Azərbay­can Res­pub­likasının Prezidenti cənb İlham Əliyev qürurla dedi: “Nizami Gəncəvinin müdrikliyi və is­te­dadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azər­bay­canın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub”. Dahi şair ürəklərdə də yaşayır. Azərbaycanda məxsusi Nizami Gən­cəvinin yubileyləri həmişə böyük coşqu və sevgilərlə keçirilir.

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qru­pu­nun Zirvə görüşü keçirilmişdi. Bu görüş də dünyəvi proseslərə fəal və bəşəri müdaxilənin gərək­li­yi ilə tarixləşmişdi. X Qlobal Bakı Forumunda çıxışında Azərbaycan Respublikasının Pre­zi­denti Cənab İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü də xatırlatdı: “Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assamb­leyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə müba­ri­zəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq öl­kəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşul­ma­ma Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı”.

“Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən cid­di Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oyna­ma­lı­dır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sər­hədlərin toxunulmazlığından ibarətdir”. –Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin bu fikirləri də düşüncələri dünya nizamının konturlarına istiqamətləndirdi. .

Dövlətlərarası münaqişələrin həlli yollarını xatırladan cənab İlham Əliyev qeyd etdi ki, Er­mənistanın Azərbaycan torpaqlarını işğal etməsi Azərbaycanda humanitar fəlakətə səbəb olsa da, biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Ancaq münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarıl­ma­sını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qət­na­mələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.

ATƏT-in Minsk qrupunun təsis edildiyini, 28 il müddətində heç bir real nəticəyə nail ola bilmədiyini, əslində, onun bu münqişəni dondurmaq niyyətində olduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”

Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını, bu il 24 milyard kubmetrdən artıq qaz ixrac ediləcəyini, ən azı yarısının Avropaya nəql ediləcəyini, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdiyini - Azərbaycan, Gürcüstan, Maca­rıs­tan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladığını, onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansi­ya­la­rından ötürmə xəttinin çəkiləcəyini, həmin ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyini və s. xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha sonra dedi: “Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomo­bil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviapark­la­rından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarı­şın­dadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir”...

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu Azərbaycan gerçəkliklərini bir daha tarixləşdirdi....

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş