Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Ukrayna ilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Energetika naziri Pərviz Şahbazovla Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmiqal arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki. görüşdə Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzunillik tarixə malik olduğu vurğulanıb. Birgə Hökumətlərarası Komissiyanın enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı genişləndirdiyi bildirilib.

Görüş zamanı humanitar əməkdaşlıq və Azərbaycanın Ukraynaya göstərdiyi dəstək də yüksək qiymətləndirilib. Ukrayna tərəfi xüsusilə humanitar yardımların və enerji sektorunda göstərilən dəstəyin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə enerji təhlükəsizliyi məsələləri, iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub. Potensial istiqamətlər üzrə işçi qrupların yaradılması məqsədəuyğun hesab edilib.

Süleyman
Xəbəri paylaş