Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib

Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib


Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Newscenter.az "AzərEnerji" ASC-yə istinadən xəbər verir ki, bu barədə müzakirələr səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev, "Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti" SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılıb. Azərbaycanda yeni işə salınan 250 gücündə/500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Şeyda
Xəbəri paylaş