
"Heç kim Türkiyəni qarışdırmağa cəsarət etməməlidir. Hadisələr küçələrə sıçrayaraq fiziki toqquşmalara, təhlükəsizlik qüvvələrinə hücumlara və ictimai asayişin pozulmasına səbəb olmamalıdır. Məhkəmə qərarı üçün apelyasiya orqanı olan Ali Məhkəmə, məsələnin həssaslığını nəzərə alaraq qərarını ən qısa müddətdə verməlidir".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunları MHP sədri Dövlət Baxçalı CHP-də baş verənlər fonunda Türkiyədə cərəyan edən prosesləri şərh edərkən deyib. O bildirib ki, hazırda Türkiyə gərgin siyasi dövrünü yaşayır:
"Təəssüflər olsun ki, CHP-də qütbləşmənin dərinləşməsi dövrünü müşahidə edirik. Belə həssas məqamda hər kəsi öncəliklə sabitliyə, qarşıdurmaya getməməyə səsləyirəm".
Süleyman












































