Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Bakı Forumu aparıcı beynəlxalq dialoq platformalarından birinə çevrilib

Qlobal Bakı Forumu aparıcı beynəlxalq dialoq platformalarından birinə çevrilib


“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etməsi aparılan müzakirələrin əhəmiyyətinin və səviyyəsinin kifayət qədər yüksək olduğunu nümayiş etdirirdi. Heç şübhəsiz ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu mənada, müzakirələr nəticəsində hasil olan nəticəyə uyğun dünyaya yeni mesajların verilməsi faydalı olduğundan bir daha belə bir dialoq platformasına ehtiyacın olduğu ortaya çıxır”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında qlobal və regional təhlükəsizlik məsələlərinə toxunması, dünyadakı enerji, siyasi və hərbi böhranların nəticələrini təhlil etməsi, bütün bu problemlərdən çıxış yollarını da göstərməsi dialoq platformasının əhəmiyyətini və ona olan marağı daha artırırdı:

“Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Zəfərindən, müharibənin nəticələrindən, Ermənistanın imzaladığı kapitulyasiya aktından, orada əksini tapmış məsələlərdən, eləcə də Zəngəzur dəhlizindən də bəhs edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin çıxışı əsasən sülh çağırışı və əməkdaşlıq əlaqələrinin qurulması motivi üzərində qurulmuşdu. Forumda Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və regionun dayanıqlı inkişafı naminə Azərbaycanın sülh çağırışları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Baxmayaraq ki, hazırda Ermənistan tamamilə asılı olan və digər ölkələrin müstəmləkəsinə çevrilsə də, onun öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Hazırda da sülh üçün vaxt yetişib və Azərbaycan sülh istəyir. Əldə olunacaq sülh nəticəsində isə çoxkonfessiyalı və çoxmillətli ölkə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Heç şübhəsiz ki, 2022-ci ilin oktyab ayında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət sülhə nail olmaqda maneənin olmadığını göstərir”.

“Forumda Prezident İlham Əliyev enerji təhlükəsizliyindən də söz açıb və bu sahədə Azərbaycanın mühüm fəaliyyətini bir daha diqqətə çatdırıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır və ölkəmiz Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Reallıq odur ki, hazırda Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib. İndi isə növbə perspektiv layihələrlə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Ruhiyyə
Xəbəri paylaş