"Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, Azərbaycanın dövlət qurumlarının Qarabağda ekoloji vəziyyət və qızıl, dağ-mədən yataqları ilə bağlı monitorinqlərə başlayacağına dair xəbərlər Ermənistanı və Qarabağ separatçılarını ciddi təşvişə salıb:
"Onlar bu məsələni siyasiləşdirməyə çalışırlar. Guya Azərbaycanın Laçın dəhlizini bağladığını və digər cəfəng iddialar səsləndirirlər. Məqsəd isə beynəlxalq birliyi aldatmaqdır. Amma bütün bunların heç bir faydası yoxdur. İlk növbədə, ona görə ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, biz öz torpaqlarımıza getmək üçün heç kimdən icazə almamalıyıq. Problem var və bu problemi araşdırmaq üçün müvafiq qurumlar Qarabağda monitorinq aparacaqlar".
Mehman