Paytaxtın 20 saylı məktəb-liseyində şagirdlər arasında baş vermiş zəhərlənmə hadisəsi bir daha sübut etdi ki, ümumtəhsil müəssisələrinin yeməkxana və bufetlərinə gətirilən ərzaq məhsullarına nəzarət yoxdur. Bu barədə açıqlama “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyindən daxil olub.
Newscenter.az-ın məlumatına görə, açıqlamada qeyd edilib ki, bu sahəyə cavabdeh olan Azərbaycan Qira Təhlükəsizliyi Agentliyi (AQTA) də baş vermiş hadisəyə görə məusliyyət daşıyır:
“Baxmayaraq ki, bir müddət əvvəl AQTA və müvafiq təhsil qurumları birgə layihələr həyata keçirdi, maarifləndiricci xarakter daşıyan görüşlər təşkil olundu, ancaq nəticə onu göstərir ki, həmin görüşlər və layihə yalnız pul silməkdən başqa bir şey olmayıb. Ona görə zaman-zaman məktəblərdə bu kimi xoşagəlməz hadisələr yaşanır”.
İctimai Birlik əmin olduğunu bildirib ki, müvafiq qurumlar 20 saylı məktəb-liseydə baş verən hadisədən sonra ciddi şəkildə hərəkətə keçəcəklər.
Natiq