Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Falçılıq və insanı hipnoz etməyi bacaran qaraçılar

Falçılıq və insanı hipnoz etməyi bacaran qaraçılar


Bu gün Beynəlxalq Qaraçı günüdür.

Newscenter.az xəbər verir ki, bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib. Qaraçılar Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürüblər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurlar. Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.

Natiq
Xəbəri paylaş