Böyük Britaniyada 1 milyona yaxın şəxsə tütün məmulatlarını tərgitməyə təşviq etmək üçün pulsuz elektron siqaret dəsti paylanacaq.
Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, elektron siqaret o şəxslərə veriləcək ki, onlar tütün məmulatlarından istifadədən imtina etsinlər.
İngiltərə Səhiyyə Nazirliyindən verilən açıqlamada, sözügedən proqramın dünyada bir ilk olduğu vurğulanıb. Hökumət 2030-cu ilə qədər ölkədə siqaret çəkənlərinin 5 faiz səviyyəsinə endirilməsini qarşıya məqsəd qoyub.
Hazırda İngiltərədə 5,4 milyon adamın siqaret çəkdiyi bildirilir.
Mehman