Bir sıra hallarda aliment ödəyən şəxsin hər hansı bir xarici ölkəyə getməsi, yaxud orada daimi yaşamasının mümkünsüz olduğu bildirilir. Bir növ həmin şəxsin borclu kimi sistemə düşdüyü və bu səbəbdən də onun ölkəni daimi olaraq tərk edə bilmədiyi iddia edilir. Bəs, reallıqda necə olmalıdır? Ümumiyyətlə, aliment verən şəxs daimi yaşamaq üçün hər hansı bir ölkəyə gedə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vıfa Qədirova Newscenter.az-a bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 111-ci maddəsinə əsasən, xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər:
"Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər".
İnqilab