Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevə həsr olunmuş seminar keçirilib

Heydər Əliyevə həsr olunmuş seminar keçirilib


“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə keçirilən seminarda YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, məktəb direktorları, müəllimlər və XI sinif şagirdləri iştirak ediblər.

Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunub.

YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev “Heydər Əliyev İli” çərçivəsində keçirilən seminarın əhəmiyyətindən, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və milli dövlətçilik” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Heydər Əliyevin həyat yolundan və səmərəli fəaliyyətindən danışıb.

Sonda məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə öz təəssüratlarını bölüşüblər.

R.Mehdiyeva
Xəbəri paylaş