Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ibtidai sinif müəllimləri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazədə, sektorun əməkdaşları, Təlimə Dəstək Mərkəzinin metodisti Roza Rüstəmova iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd ibtidai siniflərdə təhsilin keyfiyyətinin artırılmasına yönəlik daxili və xarici keyfiyyət təminatı mexanizmlərini təkmilləşdirmək və dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatları çatdırmaqdan ibarətdir.
Görüşdə məktəbdaxili qiymətləndirmənin təşkili, tapşırıqların hazırlanması və standartların reallaşmasında yaranan problemlərin həlli istiqamətində müzakirələr aparılıb.
Sonda müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərin müntəzəm olaraq davam etməsi nəzərdə tutulur.
R.Mehdiyeva