Bu gün "Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov Naftalan şəhərində Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.
Newscenter.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda 29 nəfər iştirak edib.
Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Sevinc