Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nikahdankənar uşaq atanın vərəsəsi sayılırmı? -ÖZƏL

Nikahdankənar uşaq atanın vərəsəsi sayılırmı?


Adətən ailədə yaşanan problemlərdən biri də nikahdankənar uşaqların qəbul edilməsi ilə bağlı olur. Bəzi ailələr belə bir halın ortaya çıxması zamanı boşanmaya üstünlük verdiyi halda, müəyyən bir qism isə atadan qalan mülkün bölüşdürülməsi məsələsində ciddi problemlərin yaranacağını düşünərək ümumiyyətlə, belə uşaqları ailəyə qəbul etmirlər. Bu kimi uşaqların son müid yeri isə internat evləri olur.

Bəs, görəsən nikahdankənar uşaq ailəyə qəbul edilərsə, onun gələcəkdə atanın vərəsəsi kimi çıxış etmək hüququ varmı? Yaxud atanın mülkündən ona da pay düşürmü? Məsələ ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova fikirlərini bizimlə bölüşüb.

Newscenter.az-ın xəbərinə görə, Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun:

"Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər".

İnqilab
Xəbəri paylaş