Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb, yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər olunub.
Mehman