Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

331 nömrəli məktəbin direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

331 nömrəli məktəbin direktoru vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Newscenter.az xəbər verir ki, paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib.

Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

R.Mehdiyeva
Xəbəri paylaş