Azərbaycanın vətənpərvər oğlu, hər zaman şəhid və qazi ailələrinin yanında olan, "Palmali" Şirkətlər qrupunun rəhbəri, xeyriyyəçi Mübariz Mənsimov Sumqayıtda şəhid analarının iştirakı ilə iftar süfrəsi təşkil edib.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə ana bütün şəhid ailələri adından Mübariz bəyə təşəkkür edib, şəhidlərin adını uca tutduğu, hər zaman şəhid analarını diqqətdə saxladığı üçün minnətdarlığını bildirdi.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan xalqına zəfər sevinci qazandıran şəhidlərimizin ruhuna dualar oxundu.
Ehsan süfrəsindən sonra Mübariz Mənsimovun adından şəhid ailələrinə Zəfər simvolu olan Xarıbülbül hədiyyə edilib.
Tədbirdə çıxış edən şəhid anaları və digər iştirakçılar şəhidlərimizin adlarını gəmilərə verdiyi, onların adlarını bütün dünyada tanıtdığı və xatirələrini hər zaman əziz tutduğu üçün minnətdarlıqlarını bildirdilər.
Anar