Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 25-də Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbul Şəki şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 216) saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244-36-21, (070) 663-22-33, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Mehman
Xəbəri paylaş