“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, “Benilüks” Azərbaycanlıları Konqresi nin tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə 250 nəfərdən ibarət şəhid ailələri və vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil olunub.
Newscenter.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçılarını təbrik edib, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın dövlətimizin başçısının rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırdı.
Daha sonra “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri başda olmaqla bütün tədbir iştirakçılarını salamladı. Məcid Məmmədov Ramazan ayının bütün İslam dünyası üçün əhəmiyyətinə diqqət çəkərək Ramazan ayı münasibətilə təbriklərini çatdırdı.
Qeyd edək ki, iftar süfrəsində şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Vuqar İskəndərov, qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, iş adamları çıxış edərək iştirak ediblər.
Natiq