Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhiyyə sisteminin təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir

Səhiyyə sisteminin təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan davamlı islahatların müsbət nəticəsi olaraq əhaliyə göstərilən xidmətlərin keyfiyyəti və səviyyəsi gündən-günə daha da yüksəlməkdədir. Son illər bölgələrdə istifadəyə verilən “ASAN Xidmət” mərkəzləri bunun bariz göstəricisidir. Digər sahələrlə yanaşı, səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayan dövlətimiz üçün bu sahənin prioritet olduğunu xüsusi vurğulamaq istəyirəm.

Bölgələrə səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu dəfə Salyan rayonuna səfər ediblər.

Səfər çərçivəsində cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Rayon sakinlərinin sağlamlığının keşiyində duracaq bu müalicə ocağı ən müasir tibbi avadanlıqlarla - rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Dövlətimizin başçısı, həmçinin Salyan rayonunda “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışlarını edib.
Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Mərkəzdə iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanının yaradılması rayon sakinlərinin rahatlığı üçün nəzərdə tutulub ki, bu da vətəndaş məmnunluğu deməkdir.
Rayonda mərkəzin açılmasını həm də işsizliyə töhfə kimi qiymətləndirmək lazımdır. Belə ki, mərkəzdə çalışacaq əməkdaşların sayı 205, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulub. Ancaq bu sadəcə rəqəm deyil, bu həm də 205 ailənin sosial rifahının yaxşılaşması deməkdir!

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş