Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayevin “Milli Dövlətçiliyimizin Simvolu” adlı kitabı gürcü dilində çapdan çıxıb -ÖZƏL

Vaqif Abdullayevin “Milli Dövlətçiliyimizin Simvolu” adlı kitabı gürcü dilində çapdan çıxıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayevin Gürcüstanın Tbilisi şəhərində Ulu Öndərin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən “Milli Dövlətçiliyimizin Simvolu” adlı yeni kitabı gürcü dilində çapdan çıxıb.

Bu barədə Newscenter.az-a məlumat verən Vaqif Abdullayev deyib ki, kitabın Ulu öndərimizin anadan olmasının 100 illik yubileyi ərəfəsində nəşr edilməsi dövlət səviyyəsində keçirilən silsilə tədbirlərin bir hissəsi olaraq Heydər Əliyev irsi barədə Gürcüstan ictimaiyyətində geniş təəssürat yaratmağa və təbliğinə xidmət edir:

"Kitabın Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya İnstitutu tərəfindən tərcümə olunaraq yüksək zövq və nəfis tərtibatla nəşri bir daha Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərindən, Ulu öndərə dərin ehtiramdan qaynaqlanır".

Vaqif Abdullayev daha sonra qeyd edib ki, Azərbaycan-Gürcüstan ictimai-siyasi münasibətlərinin inkişafında əvəzsiz xidmətləri olmuş Ulu öndərin əziz xatirəsi gürcü xalqı tərəfindən hər zaman rəğbətlə qarşılanmaqdadır:

"Onun təməlini qoyduğu dərin sütunlar Azərbaycan və Gürcüstan arasında sıx münasibətlərin daha da möhkəmlənməsinə, siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə güclü zəmin yaratmışdır. Hesab edirəm ki, bu yubiley günlərdinə Ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın nümunəsi, bir alim və ictimai xadim kimi vətəndaşlıq borcumun töhfəsi olan “Milli Dövlətçiliyimizin Simvolu” kitabı Gürcüstanın elmi-ictimai-mədəni mühitində və oxucularda geniş rəğbət qazanacaq, Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm və sarsılmaz dostluq əlaqələrinin daha da güclənməsinə öz dərin töhfəsini verəcəkdir".

Müəllif sonda onu da qeyd edib ki, yaxın günlərdə kitabın Gürcüstanın elmi-siaysi, ictimai dairələrinin, dövlət nümayəndələrinin iştirakı ilə geniş təqdimat mərasimi keçiriləcəkdir.

Anar
Xəbəri paylaş