Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bədəndə artıq yağlardan xilas olmaq üçün nə etmək lazımdır? -ÖZƏL

Bədəndə artıq yağlardan xilas olmaq üçün nə etmək lazımdır?


Günümüzdə insanların ən çox əziyyət çəkdiyi vəziyyətlərdən biri artıq çəkidir. Bəziləri piylənmə və artıq çəkidən azad olmaq üçün dieta saxlayır, digər bir qism isə idman zallarına gedərək fiziki hərəkətlərlə məşğul olmaqla artıq çəkidən azad olmaq istəyir.

Bəs, görəsən artıq çəkidən azad olmağın ideal üsulu nədir?. Newscenter.az-ın xəbərinə görə, Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova deyir ki, hər bir kəs əvvəlcə bədənin ümumi yağ dəyərini azaltmalıdır:

"Bir çox idman mərkəzində məşqçilərin yağların əriməsi üçün yerli olaraq idman hərəkətləri etdirdiklərinə şahid oluruq. Bu təbii ki, doğru deyil. Heç bir yerli hərəkətlər yağ əriməsini təmin etmir, yerli hərəkətlər yalnız əzələ sistemini çalışdırır".

Aysel Əskərova hesab edir ki. ona görə də uğurlu sonuc istəyən hər bir kəs ilk öncə bədənin ümumi yağ dəyərini azaltmalıdır yəni arıqlamalıdır:

"Arıqlaya bilməyənlər isə mütlıq mütəxəssis həkimə müraciət etməlidir".

Mehman
Xəbəri paylaş