Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdman zallarında dərs deyən müəllimlərin psixoloji durumu yoxlanılmalı, narkoloji testdən keçirilməlidirlər -ÖZƏL

İdman zallarında dərs deyən müəllimlərin psixoloji durumu yoxlanılmalı, narkoloji testdən keçirilməlidirlər


“Təəssüflər olsun hər hansı bir hadisə, ölüm, kütləvi zəhərlənmə, intihara cəhd və ya digər bu kimi hadisələr baş verəndən sonra müvafiq sahələrdə yoxlama, araşdırmalar aparılır, cəza tədbirləri işə düşür. Yaxşı olardı ki, hər bir sahə üzrə müvafiq dövlət qurumları nəzarətlərində olan bu və ya digər obyektlərdə, təhsil müəssisələri, yaxud idman komplekslərində səlahiyyətləri çərçivəsində müntəzəm olaraq araşdırma aparıb vəziyyəti təhlil etsinlər. Əgər bunu edəriksə, o zaman tez-tez qarşılaşdığımız mənfi tendensiyalarla üzləşmərik”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin bu günlərdə Sumqayıtda idman zalında 7 yaşlı uşağın məşqçisi tərəfindən qətlə yetirilməsinə münasibətdə yer alıb. İctimai Birlik hesab edir ki, təkcə paytaxt deyil, eləcə də regionlardakı bütün idman zalları, hətta iri komplekslərdə müxtəlif idman növlərinin tədrisi ilə məşğul olan məşqçilərin psixoloji durumu yoxlanmalı, hətta onlar narkoloji testdən keçirilməlidirlər:

“Sirr deyil ki, bəzi idmançılarımız da narkotik vasitələrin aludəçisinə çevrilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat təıdbirləri nəticəsində neçə idmançının narkotik qəbul etdiyi məlum olub. Təsəvvür edin ki, narkotik vasitə qəbul edən bir məşqçi ata-ananın müəllim deyə etibar etdiyi narkomana uşaq etibar edir. O da narkotikin təsiri altında Mehman Xəlilov kimi vəhşilik törədərək uşaqlarımızın gələcəyini məhv edir”.

İctimai Birlik hesab edir ki, uşaq qatili olan Mehman Xəlilov ən ağır cəzaya məhkum edilməlidir.

Natiq
Xəbəri paylaş