Media Tәhlil Mәrkәzi (MTM), Heydər Əliyev Mərkəzinin, Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və "MAS" MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klass təşkil edib.
Newscenter.az xəbər verir ki, master-klasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırki dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.
Onun sözlərinə görə, layihənin hədəfi Azərbaycan jurnalistlərinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.
Media Təhlil Mərkəzinin baş mütəxəssisi Yunis Orucov isə çıxışında bildirib ki, MTM tərəfindən növbəti dəfə təşkil olunan beynəlxalq təlim mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədi daşıyır: “Təlim müddətində iştirakçılar müzakirələrə qoşulacaq, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalarda iştirak edəcəklər. Əminəm ki, bugünkü təlimdə veriləcək məlumatlar onlar üçün çox faydalı olacaq”.
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, dövlət qurumlarının mətbuat xidmətləri üçün təlimin təşkilində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsidir.
Əhməd İsmayılov vurğulayıb ki, təlim qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi, PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
O qeyd edib ki, strateji planlaşdırma mətbuat xidmətlərinin rəhbərləri üçün çox vacibdir. Rəqəmsal mediada məlumatların toplanması, öyrənilməsi hazırkı dövrdə əhəmiyyətli məsələdir. Bu səbəbdən də mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır.
Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә artıq ikinci dəfə baş tutacaq master-klası London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaq.
Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim mayın 3-5-də ADA Universitetində keçiriləcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Media Tәhlil Mәrkәzi (MTM) Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klass keçirir.
Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. Bu әmәkdaşlıq çәrçivәsindә artıq ikinci dəfə baş tutacaq master-klassı London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaq.
Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim 3-5 may tarixlərində ADA Universitetində keçiriləcək. İştirakçılar müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulacaqlar, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak edәcәklәr. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, master-klassın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.
Aysu