Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizam-İntizam Şurasının aprel ayı üçün hesabat görüşü keçirilib

Nizam-İntizam Şurasının aprel ayı üçün hesabat görüşü keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirıiyinin hazırladığı "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" adlı çərçivə sənədinin pilot olaraq tətbiq edildiyi məktəblərdən biri də 96 nömrəli tam orta məktəbdir. Artıq bir neçə aydır ki, bu sənədin reallaşdırılması istiqamətində məktəbdə müxtəlif fəaliyyətlər həyata keçirilir.

Newscenter.az-ın təhsil müəssisəsinə istinadən verdiyi xəbərə görə, növbəti addım yaradılmış NİŞ-in aprel ayı üçün hesabat iclasının keçirilməsi olub. İclasın gündəliyində ay ərzində görülmüş işlərin ümumi statistikasının çıxarılması, korreksiyaedici və rəğbətləndirici fəaliyyətlərin hesabatı, görülmüş işlərin effektivliyinin ölçülməsi və s. kimi məsələlər yer alıb.

Anar
Xəbəri paylaş