Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Efiopiyaya yardımları dayandırdı -ÖZƏL

BMT Efiopiyaya yardımları dayandırdı


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) Efiopiyaya göndərilən ərzaq yardımlarının oğurlanması səbəbindən bu ölkəyə yardımı dayandırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ümumdünya Ərzaq Proqramı, ərzaq tədarükü əsas ehtiyac duyulan Tigra bölgəsinə təhlükəsiz şəkildə çatana qədər yardım edilməyəcəyini bildirib.

Tiqray vilayətinin müvəqqəti administrasiyasının rəhbəri Getachew Reda humanitar təşkilatları yardımı dayandırmaq qərarına yenidən baxmağa çağırıb. "Yardımın dayandırılması qərarı ciddi problemlərlə üzləşən xalqımıza daha çox zərər verəcək" deyə, administrasiya rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) çərşənbə günü milyonlarla insanın ehtiyacı olan Tiqraya göndərdiyi BMT yardımının oğurlanaraq bazarlarda satıldığına dair hesabat dərc edib.

Mehman
Xəbəri paylaş