"Azərbaycanın Laçının Ermənistanla sərhəd nöqtəsinə nəzarət buraxılış məntəqəsi qurması ən əsası: "Azərbaycan Rusiya ilə birlikdə hərəkət edir"- deyənlərə zərbə oldu. Lavrovun Bakıda bu məsələ ilə bağlı dedikləri yaddaşlardadır. O, hansısa texniki qurğuların quraşdırılmasının mümkün olduğunu, amma ətraflı yoxlamanın mümkünsüz olduğunu demişdi. Görünən isə o oldu ki, Azərbaycan buna baxmayaraq sərhəddən keçmək üçün nə prosedur lazımdırsa, yəni başqa ərazilərdə olduğu kimi sərhəd məntəqəsi yaratdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, ilk vaxtlar bəzi güzəştlərə təbii ki, gediləcəyi aydın idi:
"Amma tədricən bu da normala dönəcəyi şübhəsizdir".
Politoloqun sözlərinə görə. Azərbaycanın Rusiyanın istəyinə rəğmən həm 44 günlük müharibə, həm də sonrakı proseslər onu göstərdi ki, Rusiya böyük ölçüdə bu addımlardan razı qalmadı, amma məcbur olub susmaq yolunu seçdi:
"Necə ki, indi susur. Əgər Vaşinqton tərəflərlə sülh müqaviləsi üzərində işi yekunlaşdırıb, harda imzalanmasında asılı olmayaraq Rusiyanın qarşısına qoyacaqsa və münaqişə tərəfləri də buna razı olacaqlarsa, Rusiya artıq narazı görünsə belə, sakitcə bunu qəbul etməkdən başqa yolu qalmayacaq. Böyük ölçüdə problemin son dövrlərini yaşayırıq deyə bilərik".
Mehman