Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilərmi? -ÖZƏL

Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilərmi?


"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova səsləndirib. O bildirib ki, Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir:

"Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır".

Vəkil deyib ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür:

"Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz".

İnqilab
Xəbəri paylaş