Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rəsm müsabiqəsi keçirilib

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rəsm müsabiqəsi keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında keçirilən “Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub.

Newscenter.az-ın xəbərinə görə, müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılması olub.

Tədbirdə çıxışçılar Ulu Öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi bacarıqlarını nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər.
Dövlət və özəl qurumların əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqların çəkdiyi Azərbaycanın füsunkar təbiətinə həsr olunan rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub.

Tədbirin sonunda uşaqların çəkdiyi rəsmlərin satış yarmarkası təşkil edilib və əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə internat məktəbinin hesabına köçürülüb.

Sevinc
Xəbəri paylaş