"Rusiyanın yürütdüyü siyasətin tərkibində bu kimi ictimaiyyəti aldatmağa hesablanmış hadisələr çoxdur. Xüsusilə də Ukraynaya qarşı həyata keçirdiyi müharibə zamanı Rusiya həqiqətə uyğun olmayan çoxlu sayda video görüntülər yayımlanıb. Biz də 44-günlük müharibənin gedişində Ermənistan və Rusiyanın ölkəmizə qarşı təxribat xarakterli video kadrlardan istifadə edilməsinin şahidi olduq".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi ötən gün Kremlə edilən dron hücumuna münasibət bildirərkən səsləndirib. O bildirib ki, Rusiya teleməkanında Azərbaycana qarşı xüsusi olaraq, yalanlar üzərində qurulan təxribat xarakterli verilişlərin şahidi olduq:
"Bütün bunlar bizə əsas verir ki deyək, Rusiya bu kimi görüntüləri yaymaqla özünə, Ukrayna torpaqlarında törətdiyi vəhşiliyə əsas olaraq don geyindirir və növbəti vəhşiliyini həyata keçirilməsi üçün zəmin yaradır. Həmçinin bu görüntülər, ölkənin daxilinə hesablanıb. Xalq bundan sonra hökuməti, Ukraynada hərbi əməliyyatlardan dolayı qınaq obyektinə çevirməsin, onu haqlı hesab etsin".
Ekspertin sözlərinə görə, Ukrayna tərəfinin hadisə ilə bağlı bəyanatı da sübut etdi ki, hadisənin müəllifi Rusiya özüdür:
"Bunu torədməkdə məqsədi daxildə yaranan narazılıqları məhz bu kimi görüntülərlə dəf etməyə hesablanmış hadisə kimi hesab etmək olar".
Anar