Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qalatasaray" müqaviləni uzatdı -ÖZƏL

"Qalatasaray" müqaviləni uzatdı


"Qalatasaray" daha bir futbolçu ilə müqaviləni uzadıb.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, komandanın müqavilə uzatdığı futbolçu xarici deyil, yerli oyunçulardandır. "Sarı-qırmızılılar" bundan sonda daha 4 il Barış Alper Yılmazla yola davam edəcək.

Klub Barış Alper Yılmazın müqaviləsinin 2026-2027-ci il mövsümünün sonuna qədər uzadıldığını açıqlayıb.

Futbolçu yeni müqaviləyə imza atdıqdan sonra "Qalatasaray formasını şərəf və qürurla geyinirəm. Uzun illər "Qalatasaray" formasını geyinmək istəyirəm. Mənə güvəndiyi üçün rəhbərliyimizə təşəkkür edirəm. Bu il çempion olmaq və gələn mövsüm Qalatasaray forması ilə Avropada tər tökmək istəyirik”. deyə vurğulayıb.

Oruc
Xəbəri paylaş